Cari ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi 2 dəfə artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Cari ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi 2 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Bu barədə İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

O deyib ki, Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

Vergiler.az