"Canva" süni intellektin dəstəyilə 4 milyard dollar gəlir əldə edib | Banco.az

"Canva" süni intellektin dəstəyilə 4 milyard dollar gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qrafik dizayn alətlərinin hazırlanması ilə məşğul olan “Canva” şirkətinin süni intellekt sahəsinə yatırımları artıq nəticə verməyə başlayıb. 

Banco.az xəbər verir ki, süni intellekt dəstəkli qrafik dizayn platforması aylıq aktiv istifadəçi sayını 20 faiz artıraraq illik 4 milyard dollar gəlir səviyyəsinə çatıb.

Şirkət ötən il istifadəçilərə süni intellektdən yararlanaraq mini tətbiqlər və veb saytlar yaratmaq imkanı verən yeni bir aləti istifadəyə təqdim edib.

Şirkətin açıqladığı məlumatlara əsasən, “Canva”nın 2025-ci ildə aylıq 265 milyondan çox aktiv istifadəçisi və 31 milyondan artıq ödənişli istifadəçisi mövcuddur. “Canva”nın həmtəsisçisi və əməliyyatlar üzrə baş icraçı direktoru Kliff Obrext bildirib ki, bu istifadəçi bazası ilin sonunadək şirkətin illik təkrarlanan gəlirini 4 milyard dollara yüksəldib. Abunəlik modeli ilə fəaliyyət göstərən şirkət, eyni zamanda, biznesdən-biznesə yönəlik sahədə 100 faizlik artım əldə edərək 500 milyon dollarlıq illik təkrarlanan gəlirə nail olub.

Şirkət gəlirlərinin böyük hissəsini hələ də Şimali Amerika bazarından əldə edir və beynəlxalq bazarlarda da davamlı böyümə nümayiş etdirir. Ödənişli istifadəçilərin sayını artırmaq məqsədilə “Canva” Pakistan, Uruqvay, Mərakeş və Yamayka kimi ölkələrdə daha münasib qiymətli abunəlik paketləri təklif etməyə başlayıb. Həmçinin ötən il istifadəçilərin süni intellekt vasitəsilə mini tətbiqlər və veb saytlar yaratmasına imkan verən alət də istifadəyə verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram