Müəllif - Fərid İslamov - Banco.az
Çinin BYD şirkəti, elektrik avtomobilləri üçün 1000 voltluq arxitektura ilə təchiz olunmuş yenilənmiş platformanı istifadəyə verib. Bu texnologiya, ənənəvi avtomobillərin benzinlə doldurulması qədər sürətli enerji doldurulmasına imkan verəcək.
Şirkətin qurucusu Van Çuanfu, Şençjendəki baş ofisdən keçirilən canlı yayım zamanı bildirib ki, bu yeni platformada olan avtomobillər 1000 kVt gücə qədər enerji doldurulmasını dəstəkləyəcək və cəmi beş dəqiqəlik enerji doldurulmasından sonra 400 km məsafə qət edə biləcək.
1 000 voltluq arxitekturaya malik ilk elektrik avtomobilləri “Han L” sedanı və “Qin L” SUV modeli olacaq.
Avtomobil istehsalçısı həmçinin Çində 4 mindən çox ultra-sürətli enerji doldurma stansiyası qurmağı planlaşdırır, lakin bu stansiyaların nə vaxt istifadəyə veriləcəyi və sərf ediləcək investisiyaların məbləği barədə məlumat açıqlamayıb.