Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF: Yaponiya iqtisadiyyatı qlobal şoklar qarşısında mühüm dayanıqlıq nümayiş etdirib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Yaponiyanın iqtisadiyyatının qlobal şoklar qarşısında əhəmiyyətli dayanıqlılıq nümayiş etdirdiyini bildirərək, ölkədə bu il iqtisadi artımın güclü qalmasının gözlənildiyini, lakin xarici tələbin zəifləməsi və Yaxın Şərqdəki münaqişələrin təsiri ilə artım tempinin 0,8 faizə enəcəyinin proqnozlaşdırıldığını açıqlayıb.
BVF-nin İcraçı Direktorlar Şurası Yaponiya ilə bağlı 2026-cı il üzrə 4-cü maddə məsləhətləşmələrini başa çatdırıb.
Fond tərəfindən yayımlanan açıqlamada qeyd olunub ki, “Yaponiya iqtisadiyyatı qlobal şoklar qarşısında təsirli dayanıqlılıq nümayiş etdirib və istehsal potensialdan daha yüksək templə artır.”
Açıqlamada ölkədə daxili tələbin güclü qaldığı və işsizliyin aşağı səviyyədə davam etdiyi vurğulanaraq, təxminən 30 il davam edən sıfıra yaxın inflyasiya dövründən sonra qiymət artımlarının 3,5 ildən artıq müddətdir ki, Yaponiya Mərkəzi Bankının (BoJ) hədəfindən yuxarı səviyyədə olduğu xatırladılıb.
Həmçinin bildirilib ki, nominal əməkhaqları tarixi baxımdan yüksək templə artır, lakin yüksək inflyasiyanın ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltması səbəbindən yaşayış xərcləri ilə bağlı davamlı narahatlıqlar qalmaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!
