BVF Ukraynaya 900 milyon dollar ayıracaq | Banco.az

BVF Ukraynaya 900 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) genişləndirilmiş kredit proqramı çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını nəzərdən keçirəcək.

Banco.az xəbər verir ki, bu barədə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak bildirib.

O, xatırladıb ki, 2024-cü ilin dekabrında BVF ölkənin altıncı iqtisadi icmalının nəticələrinə əsasən, proqram vasitəsilə Ukraynaya daha 1,1 milyard dollarlıq vəsait ayırıb. Onun sözlərinə görə, ümumilikdə kredit proqramı üzrə ödənişlərin həcmi hazırda ölkə iqtisadiyyatının növbəti baxışının nəticələrinə əsasən 9,8 milyard dollar təşkil edir.

“Növbəti auditin aparılması üçün texniki işlər aparılır. Missiyanın Ukraynaya göndəriləcəyi tarixlər hələ müəyyən edilməyib. Təsdiqlənən kimi məlumat verəcəyik”, - deyə BVF nümayəndəsi vurğulayıb.