Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana 700 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, ötən ilin iyulunda təsdiqlənmiş xilasetmə paketindən sonra Pakistanın BVF meyarlarına uyğun olub-olmadığını müəyyən etmək üçün aparılan ilkin qiymətləndirmə prosesi BVF rəsmiləri tərəfindən başa çatdırılıb.
İlkin qiymətləndirmənin təsdiqindən sonra ümumilikdə 3 milyard dollar təşkil edən xilasetmə paketindən 700 milyon dollar vəsait ayrılıb. Bununla da, BVF indiyədək Pakistana xilasetmə paketindən ümumilikdə 1,9 milyard dollar ayırıb.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (BVF) Rəhbərlər Şurası 12 iyul 2023-cü ildə Pakistanın iqtisadi sabitləşmə proqramını dəstəkləmək üçün bu ölkə ilə 9 ay müddətinə 3 milyard xilasetmə sazişini təsdiqləyib. Bu sazişdən onra BVF 13 iyul 2023-cü ildə Pakistan Mərkəzi Bankına 1,2 milyard dollarlıq ilk krediti depozitə qoyub.
Bizi sosial şəbəkələrdən izləyin!!