Azərbaycanın sığorta bazarı 5%-dək böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 5%-dək böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında 417 milyon 753 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyon 670 min manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manata bərabər olub. Bu da illik müqayisədə 54 milyon 427 min manat və ya 33,2% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram