Sosial Xidmətlər Agentliyi Salyan və Neftçalada 35 mənzil alır – Ümumi məbləğ 3,2 milyon manata yaxınlaşır.
Banco.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün iki rayon üzrə yeni satınalma müsabiqələri elan edib.
Agentlik tərəfindən Salyan rayonunda 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı olmaqla ümumilikdə 15 mənzilin satın alınması planlaşdırılır. Ehtimal olunan qiymət 1 262 250 manat təşkil edir.
Bundan əlavə, Neftçala rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 1 980 000 manatdır.
Hər iki müsabiqə üzrə ümumi ehtimal olunan dəyər 3 242 250 manat təşkil edir
