Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dan Qətərə 4,5 milyard dollarlıq təyyarə satışına razılıq.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Qətərə 4,5 milyard dollar dəyərində KC-46A havada yanacaq doldurma təyyarələri və əlaqədar avadanlıqların satışına razılıq verib.
ABŞ Dövlət Departamentinin açıqlamasında Qətərə satışı təsdiqlənən təyyarə və avadanlıqlarla bağlı bildirişin Konqresə təqdim edildiyi bildirilib.
Buna əsasən, ABŞ Qətərə 4 ədəd KC-46A havada yanacaq doldurma təyyarəsi, 8 ədəd PW4062 turbofan mühərriki, radar xəbərdarlığı qəbulediciləri, lazer ötürücü qurğuları və digər əlaqəli avadanlıqların satışını təsdiqləyib.
Açıqlamada sözügedən satışın Qətərin regiondakı strateji roluna töhfə verəcəyi və “regiondakı hərbi güc balansını dəyişdirməyəcəyi” qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
