Müəllif:Mehin Qasımova,Banco.az
Tesla-nın Fransadakı satış rəqəmləri CEO İlon Maskın avtomobil istehsalçısının ilin əvvəlində baş verən satış azalmasından qurtulduğuna dair iddialarını alt-üst etdi.
Banco.az xəbər verir ki, bu Bloomberg agentliyi məlumat yayıb .
Agentlik Fransanın Plateforme Automobile sənaye assosiasiyasının statistikasına istinad edərək, “Tesla”nın may ayında Fransada cəmi 721 avtomobil sata bildiyini göstərib.
Bu, ötən ilin may ayı ilə müqayisədə 67 faiz azdır. Ümumilikdə, Tesla-nın qeydiyyatı 2022-ci ilin iyul ayından bəri ən aşağı göstəricidir.
Öz növbəsində şirkətin səhmləri adi ticarət başlamazdan əvvəl iyunun 2-də 2,3 faiz ucuzlaşıb. 2025-ci ildə bu qiymətli kağızlar 14 faiz ucuzlaşıb.
“Tesla” təkcə Fransa bazarında uğursuzluğa düçar deyil. Belə ki, aprel ayında Böyük Britaniya sakinləri 536 “Tesla” avtomobili alıblarsa , bir il əvvəl bu rəqəm 1404 idi.
İsveçdə yeni “Tesla” avtomobillərinin satışı 80,7 faiz, Hollandiyada 73,8 faiz, Portuqaliyada 33 faiz, Danimarkada 67,2 faiz azalıb .
Aprel ayında Avropa İttifaqında 5475 “Tesla” elektrik avtomobili satılıb ki , bu da bir ilin eyni dövrü ilə müqayisədə 52,6 faiz azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!