Müəllif:Ayşən İmanova/Banco.az
Çin 2024-cü ildə qızıl ehtiyatlarını 44,17 ton artıraraq rekord həddə - 2279,57 tona çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə Çin Qızıl Assosiasiyası (CGA) məlumat yayıb.
“Sinxua” agentliyi qeyd edir ki, Çin bu qiymətli metalın ehtiyatlarına görə dünyada altıncı yerdədir.
Bildirilir ki, ötən il ölkədə qızıl istehlakı 9,6% azalaraq 985,31 ton təşkil edib. Yerli və idxal olunan xammaldan ümumi metal istehsalı 2,85% artaraq 534,106 tona çatıb.
Çinin ən böyük şirkətləri 2024-cü ildə xarici mədənlərdən 71,937 ton qızıl hasil edib ki, bu da əvvəlki ilin həcmindən 19,1% çoxdur.