Müəllif:Mehin Qasımova,Banco.az
Belçika 227 milyon avro dəyərində “Mistral 3” portativ hava hücumundan müdafiə sistemləri (MANPADS) alacaq.
Banco.az xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Francken açıqlamasında ölkənin bu addımı hazırlıq və çəkindirmə məqsədi ilə atdığını bildirib. Qərar ölkədə şübhəli dron fəaliyyətinin artması fonunda verilib.
"Mistral 3" sistemi qısa mənzilli hava hücumundan müdafiə üçün nəzərdə tutulub və pilotsuz uçuş aparatlarına, helikopterlərə və alçaq hündürlükdə uçan təyyarələrə qarşı effektivdir.
Milli Böhran Mərkəzi (NCCN) 2025-ci ilin sentyabr ayı ilə 2026-cı ilin 21 yanvarı arasında ölkədə şübhəli dron fəaliyyəti ilə bağlı 558 məlumat alıb.
"Mistral 3" sistemi Fransanın müdafiə şirkəti MBDA tərəfindən istehsal olunur. MBDA Fransa, Birləşmiş Krallıq, İtaliya və Almaniyanın birgə fəaliyyət göstərdiyi Avropa müdafiə konsorsiumunun üzvüdür.
