Bu neft nəhəngi İndoneziyaya 15 milyard dollar investisiya yatıracaq | Banco.az

Bu neft nəhəngi İndoneziyaya 15 milyard dollar investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Exxon Mobil” İndoneziyaya 15 milyard dollar investisiya yatıracaq.

Banco.az xəbər verir ki, ABŞ-ın neft nəhəngi “Exxon Mobil” İndoneziyada neft-kimya layihəsinə 15 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.

Bu barədə İndoneziya prezidenti Coko Vidodo cümə axşamı prezident sarayında açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın neft nəhəngi “Exxon Mobil” İndoneziyada neft-kimya layihəsinə, karbon tutma və saxlama (CCS) obyektlərinə 15 milyard dollara qədər investisiya qoymağı planlaşdırır.

Planlaşdırılan CCS obyektləri Cənub-Şərqi Asiyada ən böyük obyektlər olacaq.

Qeyd edək ki, prezident Vidodo Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti üçün San-Fransiskoya səfəri zamanı “Exxon” prezidenti Darren Vuds ilə görüşüb.

“Exxon” və İndoneziyanın dövlət enerji şirkəti “Pertamina” həmçinin Yava dənizində iki yeraltı hövzədən istifadə edən CCS obyektlərinə 2 milyard dollarlıq sərmayə qoyulmasını nəzərdən keçirmək barədə də razılığa gəliblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram