Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin payına düşüb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yeni açılmış iş yerlərinin sayı 8.1 min və ya 11.6% artıb.
Qeyd edək ki, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanıb. Bu da illik müqayisədə 1.3 min və ya 13.7% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
