Bu il neft qiymətləri bu hədlər arasında dəyişəcək - PROQNOZ | Banco.az

Bu il neft qiymətləri bu hədlər arasında dəyişəcək - PROQNOZ

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 0,83% artaraq 62,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,47% artaraq 68,16 dollar olub.

“Moody's” analitikləri qeyd edir ki, bu il neft hasilatının artması gözlənilir. Mütəxəssislər bildirir ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neftin 1 barelinin qiyməti 40-60 dollar arasında dəyişməsi təxmin edilir. 

Mənbə: Apa.az