Bu il dünya bazarlarında neftin qiyməti azalacaq – PROQNOZ | Banco.az

Bu il dünya bazarlarında neftin qiyməti azalacaq – PROQNOZ

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 82,57 dollardan 82,49 dollara endirib. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Proqnoza görə, gələn il "Brent" markalı neftin bir barelinin qiyməti 79,48 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 77,99 dollar, 2025-ci ildə isə 74,98 dollar səviyyəsində olacağını proqnoz edir. Qurumun WTI markalı neftin qiyməti ilə bağlı bundan əvvəlki proqnozu (2024-cü il üçün) 78,07 dollar olacağına dair idi. 

Qeyd edilib ki, "Brent" markalı neftin qiyməti ötən il 82,41 dollar, WTI markalı neftin qiyməti isə 77,58 dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram