Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 297.4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 110.8 milyon dollar və ya 59,4% artıb.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Məlumata görə, təkcə noyabr ayında ixrac edilən qızılın dəyəri 20.6 milyon dollar olub ki, bu da ötən ilin noyabrına nisbətən 2.6 milyon dollar və ya 11.2% azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
