Bu il Azərbaycanın neft ixracından qazancı azalıb | Banco.az

Bu il Azərbaycanın neft ixracından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında 8 milyard 396 milyon 5 min ABŞ dolları dəyərində 15 milyon 924 min 752 ton neft ixrac edib.   

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5%, neftin həcmi isə 3,3% azalıb.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycanın neft ixracının dəyəri 10 milyard 308 milyon dollar, həcmi isə 16 milyon 475 min tona bərabər idi. 

Qeyd edək ki, cari ilin 8 ayında neft ixracının ölkənin ümumi ixracında payı 49,2% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram