2025-cü ilin yanvar–avqust aylarında daşınmaz əmlak alan vətəndaşlara qaytarılan ƏDV-nin həcmi məlum olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, ölkəj ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. 2025-cü ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib.