Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-oktyabr aylarında ölkədə 22 115,5 ton ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% azdır.
Banco.az xəbər verir ki, bu ilin 1 noyabr tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 174,3 ton olub.
Hesabat dövründə ölkədə 33 449,1 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
