Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.3 mlrd. manatdan çox vəsait daxil olub | Banco.az

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.3 mlrd. manatdan çox vəsait daxil olub

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 306.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 362.3 milyon manata bərabər olub.

 Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2% və ya 25.6 milyon manat, banklardan xaricə köçürmələr isə 7.9% və ya 31.1 milyon manat azalıb.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-senyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manat təşkil edib.