Bu hibrid avtomobilləri alan zaman iki dəfə düşünmək lazımdır – Siyahı | Banco.az

Bu hibrid avtomobilləri alan zaman iki dəfə düşünmək lazımdır – Siyahı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hibrid avtomobil almaq bir çox insan üçün ağıllı seçim hesab olunur. Bu cür avtomobillər yanacağa qənaət etməyə, karbon izini azaltmağa və ən son avtomobil texnologiyalarından yararlanmağa imkan verir. Lakin bəzi hibrid modellər digərlərinə nisbətən daha etibarlı və uzunömürlüdür.

Banco.az xəbər verir ki, avtomobil sənayesi üzrə ekspert Melanie Musson bildirib ki, yeni avtomobillərin zəmanəti olsa da, uzunmüddətli istismar baxımından bəzi hibrid modellər tövsiyə edilmir. Onun sözlərinə görə, bəziləri mühərrik və elektrik sistemləri ilə bağlı problemlər yaşayır ki, bu da onların saxlanmasını çətinləşdirir və əlavə təmir xərcləri yaradır.

Əgər siz təqaüdçü olaraq hibrid avtomobil axtarırsınızsa, “Chrysler pacifica hybrid” modeldən uzaq durmalısınız. Musson bildirib ki,  bu model çoxsaylı elektrik problemlərinə malikdir.

Elektrik bağlantılarında yaranan nasazlıqlar mühərrikin qəfil dayanmasına səbəb ola bilər.
Hibrid batareyası işləmədikdə avtomobilin yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə artır və hibrid avtomobil olmağın üstünlükləri aradan qalxır. Əgər 10 il ərzində əlavə problemlər yaşamadan avtomobil sürmək istəyirsinizsə, “Chrysler pacifica hybrid” modelindən uzaq durmaq tövsiyə olunur.

Land Rover markası premium dizaynı və müasir texnologiyaları ilə tanınır, lakin onun hibrid versiyası çoxsaylı problemləri ilə diqqət çəkir. Mussonun sözlərinə görə, Range Rover hybrid avtomobil bazarındakı ən pis sərmayələrdən biridir:
Şarj sisteminin tez-tez sıradan çıxması hibrid funksiyasının tamamilə yararsız olmasına gətirib çıxarır.
Elektrik və daxili yanma mühərrikinin sinxronizasiya problemi bir-biri ilə düzgün əlaqə qura bilmədiyindən mühərrikdə nasazlıqlar və gözlənilməz dayanma halları yaşana bilər.

Mazda markası bütövlükdə keyfiyyətli avtomobillər istehsal etsə də, CX-50 Hybrid modeli müəyyən ciddi problemləri ilə seçilir.

Mütəxəssis bu modelin əsas çatışmazlıqlarını vurğulayıb:
“Birincisi sürət yığma problemidir. CX-50 Hybrid yavaş sürətlənir, bu da yola çıxarkən, enişli-yoxuşlu yolları keçərkən və magistralda hərəkət edərkən çətinlik yaradır. Asqı və ox sisteminin sürətli aşınması hibrid sisteminin əlavə çəkisi süspansiyon və ox sisteminin daha tez sıradan çıxmasına səbəb olur.
Transmissiya problemləri avtomobilin ötürmə qutusu tez-tez nasazlıq verir, bu da onun istismar müddətini ciddi şəkildə məhdudlaşdırır. Əgər təqaüd dövrünüzdə minimal texniki xidmət tələb edən bir avtomobil istəyirsinizsə, Mazda CX-50 Hybrid sizin üçün uyğun seçim deyil”.

Ümumiyyətlə, hibrid avtomobil almaq yanacaq qənaəti və ekoloji faydaları baxımından düzgün seçim ola bilər. Lakin təqaüdçülər üçün uzunmüddətli etibarlılıq və minimal təmir xərcləri daha vacibdir.

“Chrysler Pacifica Hybrid”, “ Range Rover Hybrid “və “Mazda CX-50 Hybrid” modelləri elektrik və mühərrik problemləri, zəif batareya ömrü və yüksək təmir xərcləri ilə seçildiyi üçün uyğun seçim hesab olunmur.