Bu gündən daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək | Banco.az

Bu gündən daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

Bu gündən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq. "Report" xəbər verir ki, əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında məlumat veriləcək.

Xatırladaq ki, "Qafqaz İnkişaf Bankı" və "Atrabank"da sığorta hadisəsi ötən həftə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bankların müflis elan edilməsi barədə qəbul etdiyi qərardan sonra baş verib.