Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trampın şəkli olan pasportlar çap ediləcək.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi münasibətilə məhdud sayda xüsusi pasportların hazırlanacağını təsdiqləyib.
Məlumata görə, yeni dizaynlı pasportlarda ABŞ Prezidenti Donald Trampın şəkli yer alacaq. Təxminən 25 min ədəd pasportun çapı planlaşdırılır.
Əgər bu pasportlar çap olunarsa, bu, ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin şəklinin rəsmi səyahət sənədində yer alması kimi qiymətləndiriləcək.
