Müəllif: Tamara Mustafayeva, Banco.az
“Sberbank” süni intellektdən 450 milyard rubl gəlir gözləyir
Banco.az xəbər verir ki, “Sberbank”ın baş direktoru German Qref,Rusiyanın Nijniy Novqorod şəhərində keçirilən "CIPR 2025" adlı konfransda çıxış edib.
Qref bu il generativ süni intellektdən istifadə sayəsində 50 milyard rubl gəlir əldə edəcəklərini bildirib və əlavə edib:
"Ümumilikdə süni intellektin istifadəsindən isə bu il 450 milyard rubl gəlir əldə edəcəyik."
O, keçən il süni intellekt istifadəsindən 440 milyard rubl gəlir əldə olunduğunu qeyd edərək belə deyib:
"Tədricən bütün gəlirimizi yalnız generativ süni intellektdən əldə olunan gəlirlərə çevirməliyik."
“Sberbank” ötən il 1,56 trilyon rubl ilə rekord səviyyədə mənfəət əldə etmişdi. Rusiyanın ən böyük bankı olan “Sberbank” son illərdə GigaChat kimi süni intellekt modelləri və onlayn alış-veriş kimi rəqəmsal texnologiyalar sahəsində atdığı addımlarla diqqət çəkir.
Bizi sosial şəbəkələrdən izləyin!!