Müəllif:Mehin Qasımova,Banco.az
Mərakeş son illərdə avtomobil sənayesinin mərkəzinə çevrilib.
Banco.az xəbər verir ki, Afrika ölkəsi avtomobil istehsalı sektorunda sürətli böyüməyə səbəb olan bəzi strateji üstünlüklərə malikdir.
Bunlardan ən əsası Avropaya yaxınlıq, nisbətən ucuz işçi qüvvəsi, aşağı enerji qiymətləri və emissiyalarla bağlı daha rahat tənzimləmələrdir.
Qrupun dünyanın ən böyük 5 fabrikindən biri olan Kenitradakı "Stellantis" fabrikinin nümayəndələri Afrika ölkəsindəki müəssisələrində ilk benzin mühərrikinin istehsalını başa çatdırdıqlarını elan edərək, bu hadisəni ölkənin sənayeləşməsi baxımından çox mühüm bir “mərhələ” kimi səciyyələndirdilər.
Üç il əvvəl Stellantis-in o zamankı baş direktoru Karlos Tavares 300 milyon dollarlıq sərmayə elan etdi. Məqsəd, Kenitradakı fabrik bölməsini Avropa fabriklərinin texnologiyası və nou-haularına mümkün qədər yaxınlaşdırmaq kimi görünür. Stellantis-in 300 milyonluq sərmayədən sonra fabrikin Avropa avtomobil sektorundakı təsirini daha da artıraraq, ilk mühərrikini Mərakeşdə istehsal edəcəyi gözlənilir. İtalyan qrupunun menecerləri fabrikin illik 500 min avro civarında istehsal gücünə malik olduqlarını bildirirlər.