BTC ilə neftin nəqli 4%-dək azalıb | Banco.az

BTC ilə neftin nəqli 4%-dək azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

    Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2%-i və ya 11 587,3 min tonunu Azərbaycanda hasil edilən neft (1,6% azalma), 16,8%-i və ya 2 337,6 min tonunu (13,3% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

    Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

    apa