Britaniyalı ekspertlər hesab edir ki, lazım olan neft və qazın yarısı ölkədə hasil edilə bilər | Banco.az

Britaniyalı ekspertlər hesab edir ki, lazım olan neft və qazın yarısı ölkədə hasil edilə bilər

Müəllif   - Fərid İslamov - Banco.az

 Böyük Britaniya düzgün biznes şəraitində neft və qazın proqnozlaşdırılan istehlak həcminin yarısını ölkə daxilində hasil edə bilər ki, bu da idxaldan asılılığı azaltmağa imkan verəcək. Bu proqnozu sənaye assosiasiyası Offshore Energies UK (OEUK) verib.

Assosiasiya gözləyir ki, ölkədə karbohidrogen istehsalı 4 milyard barel təşkil edəcək. Lakin, əgər şirkətləri investisiya qoymağa təşviq etsələr, Şimal Dənizində daha 2-3 milyard barel hasil edilə bilər, deyə illik icmalda qeyd olunur.

2050-ci ilə qədər Böyük Britaniyanın karbohidrogenlərə olan tələbatı 13-15 milyard barel neft ekvivalentində qiymətləndirilir. O vaxta qədər elektrik enerjisinə tələbat iki dəfədən çox artacaq, lakin neft və qaz yenə də ölkənin enerji istehlakının beşdə birini təşkil edəcək.

“Şimal Dənizinin gələcəyi bizim əlimizdədir,” - deyə OEUK-nin baş icraçı direktoru Devid Uaythauss bildirib. - “Bizim hesabatımız göstərir ki, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək üçün birlikdə çalışdığımızda, Böyük Britaniya öz neft və qazını maksimum dərəcədə istifadə etməlidir – yoxsa idxaldan asılılığın artmasını seçməlidir.”