Britaniyada mənzil qiymətləri 1,4% ucuzlaşıb | Banco.az

Britaniyada mənzil qiymətləri 1,4% ucuzlaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada orta mənzil qiymətləri noyabrda aylıq ifadədə 1,4% ucuzlaşıb.

Banco.az xəbər verir ki, bu barədə “Rightmove” daşınmaz əmlak portalı məlumat yayıb.

Məlumata görə, noyabrda ev qiymətləri orta hesabla 366 592 funt sterlinq (464,4 min dollar) təşkil edir.

Eyni zamanda, Britaniya mənzil bazarında bu ay yeni satıcıların sayı illik müqayisədə 6%, razılaşdırılmış əməliyyatların sayı isə 26% artıb.

Ən yüksək əmlak qiymətləri ənənəvi olaraq Londonda (683 316 funt sterlinq) və İngiltərənin cənub-şərqində (471 477 funt), ən aşağısı isə ölkənin şimal-şərqində (189 694 funt sterlinq) və Şotlandiyada (193 179 funt sterlinq) qeydə alınıb.

Analitiklər 2025-ci ildə əmlak satıcıları tərəfindən təyin olunan qiymətlərin ölkə üzrə 4% artacağını proqnozlaşdırırlar.
Onlar aşağı ipoteka faizlərinin qiymətlərə mülayim yuxarı təzyiq göstərəcəyini gözləyirlər.