Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərənin ən böyük banklarının bankirləri bu həftə Britaniya Maliyyə İdarəetmə Təşkilatı (FCA) ilə görüşəcək.
Banco.az xəbər verir ki, Britaniyanın ən böyük banklarının idarəçiləri faiz artımlarını əmanətçilərə ötürməkdə gecikmələrin olması səbəbindən bu həftənin sonunda Maliyyə İdarəetmə Təşkilatı (FCA) ilə görüşməyə çağırılıb.
Bildirilib ki, Lloyds Banking Group Plc, HSBC Holdings Plc, Barclays Plc və NatWest Group Plc şirkətlərinin yüksək səviyyəli rəhbərləri bu cümə axşamı təşkilat ilə görüşəcəklər.
Qeyd edək ki, faiz dərəcələrinin 2021-ci ilin sonunda artmağa başlamasından bəri ingilis bankları may ayına olan statistikaya görə, dəyişikliklərin təxminən 40 faizini əmanətçilərə ötürüblər.
Bizi sosial şəbəkələrdən izləyin!!