Müəllif - Fərid İslamov - Banco.az
Neft qiymətləri bazar ertəsi günü yüksəlir, çünki bazar iştirakçıları ABŞ-da artıq 40 gündür davam edən hökumət bağlanmasının (“şatdaun”) yaxın zamanda başa çatacağına ümid edirlər.
ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsini bərpa etmək üçün vacib addım ataraq prosedur qərarını təsdiqləyib. Bu qərarın qəbul olunması üçün 60 səs tələb olunurdu və 8 demokrat senator da təşəbbüsü dəstəkləyib.
Senat daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini razılaşdırılmış dəyişikliklərlə təsdiqləməlidir. Bundan sonra sənəd yenidən Konqresin aşağı palatasına qaytarılacaq.
IG Market analitiki Toni Sikamor agentliyə Reuters bildirib:
“Hökumətin fəaliyyətinin bərpası çoxdan gözlənilən stimuldur — 800 min federal işçiyə yenidən maaş veriləcək, vacib proqramlar işə düşəcək. Bu, istehlakçı əhval-ruhiyyəsini, xərcləri və biznes aktivliyini artıracaq. Nəticədə qlobal bazarlarda riskə maraq artacaq və bu, WTI neftinin qiymətini 62 dollar/barel səviyyəsinə qədər qaldıra bilər.”
Moskva vaxtı ilə saat 8:10-da, London ICE Futures birjasında yanvar fyuçersləri üzrə Brent nefti 0,46 dollar (+0,72%) bahalaşaraq 64,09 dollar/barel olub.
Cümə günü isə Brent 0,25 dollar (+0,39%) artaraq 63,63 dollar/barel səviyyəsində bağlanmışdı.
