“Brent” neftinin qiyməti 64 dollara enib | Banco.az

“Brent” neftinin qiyməti 64 dollara enib

Çərşənbə axşamı neft qiymətləri ABŞ və Çin arasında ticarət əlaqələrinin perspektivləri ilə bağlı aydınlığın olmaması, eləcə də qlobal yanacaq bazarında həddindən artıq tədarüklə bağlı narahatlıqlar fonunda nəzərəçarpacaq dərəcədə azalır.

 Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 65,23 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,63 dollar (0,96%) aşağıdır. Bazar ertəsi bu müqavilələr 1,01 dollar (1,51%) ucuzlaşaraq 65,86 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,6 dollar (0,97%) ucuzlaşaraq bir barelə görə 61,45 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,97 dollar (1,55%) ucuzlaşaraq 62,05 dollar/barel olub.