Neftin qiyməti əvvəlki üç seansdakı enişdən sonra cümə axşamı günü yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,77 dollar/barel təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,26 dollar (0,36%) bahadır. Çərşənbə günü bu kontraktların qiyməti 0,19 dollar (0,28%) ucuzlaşaraq 68,52 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,38 dollar (0,57%) artaraq 66,76 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,14 dollar (0,21%) azalaraq 66,38 dollar/barel olub.