Braziliya Mərkəzi Bankı faiz endirimlərini davam etdirib | Banco.az

Braziliya Mərkəzi Bankı faiz endirimlərini davam etdirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı 50 bəndlik endirimlər seriyasını davam etdirib.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı (BCB) çərşənbə günü ardıcıl dördüncü dəfə faiz dərəcəsini 50 baza bəndi azaldıb.

Bank eyni zamanda yanvar ayında keçiriləcək növbəti görüşdən sonra da faiz dərəcələrini eyni templə aşağı salmağa davam edəcəyinə işarə edib.

BCB-nin Pul Siyasəti Komitəsi etalon kredit dərəcəsini (Selic) 12,25 faizdən 11,75 faizə endirib. Bununla da, Selic dərəcəsi 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, BCB-nin sorğusuna əsasən, iqtisadçılar Selic-in 2024-cü ili 9,25 faizlə başa vuracağını gözləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram