"BP" şirkəti "Castrol" şirkətindəki əksər payını satacaq | Banco.az

"BP" şirkəti "Castrol" şirkətindəki əksər payını satacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"BP" şirkəti "Castrol" şirkətindəki əksər payını satacaq.

Banco.az xəbər verir ki, “BP” 10 milyard dollar dəyərində olan “Castrol” bölməsindəki nəzarət paketini “Stonepeak Partners”a satacaq. Razılaşmaya əsasən, borclar da daxil olmaqla biznesin ümumi dəyəri 10,1 milyard dollar olaraq müəyyən edilib.

“BP” çərşənbə günü verdiyi açıqlamada, sürtgü yağları bölməsindəki 65 faizlik payını sataraq təxminən 6 milyard dollar gəlir əldə edəcəyini bildirib. Şirkət birgə müəssisə modeli vasitəsilə azlıq payını özündə saxlayacaq.

Bu razılaşma “BP”nin 2027-ci ilin sonunadək həyata keçirməyi planlaşdırdığı 20 milyard dollarlıq aktiv satış proqramının mühüm hissəsini təşkil edir. Şirkət zəif maliyyə göstəricilərini yaxşılaşdırmaq məqsədilə aktivlərini satışa çıxarır.

“BP” “Castrol”un satış prosesinə fevral ayında, həmin dövrdə baş icraçı direktor olan Mörri Oçinkləsın şirkət üçün strateji yenidənqurma planını açıqlamasından sonra start vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram