"BP" ABŞ-da 1,5 milyard dollar dəyərində şist qazı satır | Banco.az

"BP" ABŞ-da 1,5 milyard dollar dəyərində şist qazı satır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"BP" ABŞ-da 1,5 milyard dollar dəyərində şist qazı satır.

Banco.az xəbər verir ki, İngiltərənin neft nəhəngi “BP” balansını gücləndirmək və investor etimadını yenidən qazanmaq məqsədilə ABŞ-da yerləşən şist qazı aktivlərindəki paylarını 1,5 milyard dollara “Sixth Street” şirkətinə satmağa razılıq verib.

“BP”nin açıqlamasına görə, “Sixth Street” tərəfindən idarə olunan fondlara Permian və Eagle Ford hövzələrində şirkətin idarəetmə hüququna malik olmadığı paylar satılacaq.

“BP”nin baş icraçı direktoru Murray Oçinklos illərdir davam edən zəif göstəriciləri düzəltmək məqsədilə aktivləri satmağa davam edir. İyul ayında vəzifəyə təyin olunan sədr Albert Manifold isə işə başladığı ilk gün əməkdaşlara şirkətin xərcləri azaltmaq, aktivləri satmaq və mənfəətliliyi artırmaq üçün tədbirlər görməsinin vacibliyini bildirmişdi.

“BP” ilə “Sixth Street” arasında əldə olunan razılaşmanın iki mərhələdə həyata keçiriləcəyi açıqlanıb. Müqavilənin imzalanmasından sonra təxminən 1 milyard dollar ödəniləcək, qalan məbləğin isə ilin sonunadək ödənməsi gözlənilir.

Digər tərəfdən, “BP”nin ABŞ-da yerləşən quru neft və qaz bölməsi olan “Bpx Energy” bütün aktivlərin operatoru olaraq fəaliyyətini davam etdirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram