Müəllif - Fərid İslamov - Banco.az
Amerika aerokosmik korporasiyası Boeing Co., fevral ayında müştərilərə 44 təyyarə, o cümlədən 32 ədəd 737 seriyası təyyarəsi təhvil verib.
Bu arada, Boeing-in əsas rəqibi olan Airbus SE keçən ay cəmi 40 təyyarə təhvil verib.
Beləliklə, böhran vəziyyətində olan Boeing, ardıcıl olaraq ikinci ayda da təchizat üzrə Airbus-u geridə qoyub.
Amerika şirkəti ilin əvvəlindən etibarən müştərilərə ümumilikdə 89 kommersiya təyyarəsi, Airbus isə 65 təyyarə təhvil verib.
Bununla belə, Boeing hələ də ötən ilki tətilin nəticələrindən sonra bərpa prosesindədir. Həmin tətil şirkətin istehsal gücünün böyük hissəsini bir neçə ay müddətinə dayandırmağa səbəb olmuşdu.
Şirkət üçün problem yarada biləcək məqamlardan biri isə Ağ Evin xarici ticarət siyasəti və Çinlə qarşıdurmasıdır, çünki Çin, Boeing üçün ən böyük xarici bazardır – keçən ay şirkət ölkəyə səkkiz təyyarə göndərib.