Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Hazırda 100 000 dolları keçən bitkoinin 200 000 dollar qədər yüksəlməsi mümkündür. Çünki, idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmini edir”.
Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, 200 000 (maksimum 250 000) minlik həddən sonra tələbin azalması baş verə bilər ki, bu yenidən qiymətlərin enməsi ilə nəticələnər.
“Tələbin bu gün məharətlə idarə edildiyi kimi 200 000 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması bitkoinin müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yarada bilər. Nəzərə alaq ki, divarları nisbətən qalın olan sabun köpüyünü də ortasından basaraq xırda köpüklərə parçalamaq olur”.
Qeyd edək ki, hazırda bitkoinin qiyməti təxminən 94.976,79 ABŞ dollarıdır.