Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu 9%-dək azalıb | Banco.az

Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu 9%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 405 milyon 727 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,5% və ya 37 milyon 491 min dollar azdır. 

Hesabat dövründə Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran 1-ci ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 443 milyon 218 min dollar təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram