Belçika Mərkəzi Bankının rəhbəri AİB-ni apreldə faiz dərəcələrinin endirilməsinə fasilə verməyi düşünməyə çağırıb | Banco.az

Belçika Mərkəzi Bankının rəhbəri AİB-ni apreldə faiz dərəcələrinin endirilməsinə fasilə verməyi düşünməyə çağırıb

Müəllif - FƏrid İslamov - Banco.az

Avropa Mərkəzi Bankı (AİB) apreldə keçiriləcək iclasda faiz dərəcələrinin azaldılması dövründə fasilə verməyi düşünməlidir. Bu çağırışı AİB İdarə Heyətinin üzvü və Belçika Mərkəzi Bankının rəhbəri Pyer Vunş ABŞ-ın idxal rüsumları ilə bağlı qeyri-müəyyənliklər fonunda edib.

“Mən demirəm ki, apreldə fasilə verməyə çağırıram, amma bu barədə açıq-aydın düşünməyə dəyər, - o, CNBC-yə verdiyi müsahibədə bildirib. - Gömrük rüsumları inflyasiyanı sürətləndirdiyi və artımı yavaşlatdığı üçün istiqamət götürmək çox çətin olan bir mühit yaradır. Belə şəraitdə tarazlığı qorumaq çətindir.”

AİB keçən ilin iyun ayından bəri altı dəfə faiz dərəcələrini endirib. Növbəti iclas 17 apreldə keçiriləcək. Hazırda bazar iştirakçıları aktivlərin mövcud qiymətlərində, qarşıdan gələn iclasda faiz dərəcələrinin endirilmə ehtimalını təxminən 80% səviyyəsində dəyərləndirirlər.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp, xaricdə istehsal edilən bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq etmək qərarına gəldiyini elan edib. Amerika KİV-ləri qeyd edir ki, avtomobillərə rüsumlarla bağlı qərar 2 aprel tarixində qüvvəyə minməlidir. Bu açıqlamadan əvvəl, AİB-nin apreldə monetar siyasəti yumşaltma ehtimalı 68% səviyyəsində qiymətləndirilirdi.

AİB İdarə Heyətinin üzvü Martins Kazaks da apreldə dərəcələrin eyni səviyyədə saxlanılacağını istisna etməyib, lakin əlavə edib ki, “gələcəkdə tədricən azalma gözləmək olar.”