Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 49,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 7,8 milyon ABŞ dolları və ya 18,6% çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu ayın əvvəlindən bankların dollar tələbi aşağıdakı kimi dəyişib:
Tarix |
Tələb |
21 noyabr |
49.6 milyon dollar |
16 noyabr |
41.8 milyon dollar |
14 noyabr |
57.9 milyon dollar |
7 noyabr |
35.2 milyon dollar |
2 noyabr |
57.4 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!