Bankların Bahar kampaniyaları – 2026 | Banco.az

Bankların Bahar kampaniyaları – 2026

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yazın gəlişi səbəbilə ölkə bankları bir sıra kampaniyalara start veriblər. 

Banco.az müştərilərin bu endirimlərdən xəbərdar olması və onlardan yararlana bilməsi üçün bankların bahar kampaniyalarını təqdim edir: 

ABB

Kampaniya çərçivəsində krediti ABB-yə gətirib 5%-dək endirimlə daha az ödəyəcəksiniz.

  • Digər bank kreditlərinizi ABB-dən əldə etdiyiniz kreditlə bağladıqda 3%-dək endirim;
  • ABB-də aktiv krediti olmayan yeni müştərilər üçün isə əlavə 2% endirim olmaqla;

Kreditin illik faiz dərəcəsinə toplam 5%-dək güzəşt əldə edəcəksiniz.

Kampaniya 7 aprel 2026 tarixinədək qüvvədədir.

Azər Türk Bank

Bahar kampaniyası çərçivəsində artıq 80000 AZN-dək nağd kredit əldə edə bilərsiniz.

  • 9.9%-dən
  • 59 ayadək
  • 0% komissiyadan başlayaraq
  • zaminsiz

Yelo Bank

Yelo Bank mikro sahibkarlar üçün xüsusi bahar kampaniyasına start verib.

Kampaniya çərçivəsində sahibkarlar 100 000 AZN-dək mikrokrediti illik cəmi 10%-dən başlayan faizlərlə və komissiyasız şərtlərlə də əldə edə bilərlər. Biznesin inkişaf tempini nəzərə alaraq, kredit üzrə 12 ayadək güzəşt müddəti və 48 ayadək rahat ödəniş qrafiki təqdim olunur. Bu güzəşt müddəti sayəsində sahibkarlar ilkin gəlirlərini kredit ödənişinə deyil, işlərinin daha da böyüməsinə yönəltmək imkanı qazanırlar.

VTB Bank Azərbaycan

SUPERNOVRUZ kampaniyası çərçivəsində digər bankdakı borclarını bank VTB-də əla şərtlərlə birləşdirsəniz, komissiya xərci olmayacaq, illik faizə isə 1% endirim əldə edəcəksiniz. Kampaniya 31 mart tarixinədək qüvvədədir.

Expressbank

Bayramda maliyyə ehtiyaclarını çevik şəkildə qarşılamaq istəyən müştərilər sərfəli kampaniya şərtlərindən faydalana bilərlər.

Belə ki, kampaniya çərçivəsində 70 000 manatadək nağd pul kreditini 9.9-dan başlayan illik faiz dərəcəsilə əldə etmək mümkündür. Həmçinin nağd pul kreditini indi əldə edib əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlamaq olar.

Bununla yanaşı, Expressbank başqa bankdakı borc məbləğini bağlamaq istəyən müştərilərə də komissiyasız kredit təklif edir.

Həmçinin, Expressbankdan ilk dəfə kredit əldə edəcək şəxslər komissiya xərcindən azad olacaqlar.

Kampaniyanın müddəti məhduddur.

2. Bu bahar təsərrüfatın üçün böyük planlarını həyata keçirmək və işini böyütmək üçün Expressbankdan sərfəli təklif var.

Belə ki, əkinçilik təsərrüfatı (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti alışı və s. üçün) ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər Expressbankdan aqro krediti illik 7%-dən başlayan faiz dərəcəsilə 200 000 manatadək 36 ayadək müddətdə əldə edə bilərlər. 

Həmçinin, sahibkarların maliyyə yükünü azaltmağa dəstək məqsədilə bu təklif çərçivəsində 12 ayadək güzəşt müddəti nəzərdə tutulur. 

TuranBank

TuranBank-da Baharın parlaq lombard krediti təklifi var.

Üstünlüklər:

  • 0% komissiya;
  • Lombard kreditini TuranBank-a köçürənlərə 2% ENDİRİM.

Bank Respublika

Novruz bayramına özəl olaraq Neo Standart kartlarına 50% endirim var. Kampaniya yalnız 17–19 mart tarixlərində keçərlidir.

AFB Bank

10.5%-dən başlayan Nağd Pul Kreditini 2% endirim və 0% komissiya ilə əldə edərək Yaza daha sərfəli şərtlərlə başlaya bilərsiniz.

  • Məbləğ - Min. 500 AZN– maks. 50 000 AZN
  • Faiz - 10.5 % - maks. 22 %
  • FİFD - Min. 10.5% - maks. 22 %
  • Komissiya – 0 %
  • Müddət- 3 ay – Maks. 59 ay
  • Endirim 2%

Rabitəbank

Bankda 50 000 AZN-dək nağd pul krediti ilə planlarını həyata keçirmək üçün fürsət var. Faizlər 9.5%-dən başlayır. Fürsət 01.04.2026-a qədər davam edəcək.

Ziraat Bank Azərbaycan

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir.

Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununla yanaşı, Bank kredit rəsmiləşdirilməsi üzrə komissiya haqqına 70% güzəşt təqdim edir.

Beləliklə, Bankın istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, komissiya isə 0.3%-dən başlayır. Bahar kampaniyası 1 may tarixinədək qüvvədə olacaq.

Yapı Kredi Bank Azərbaycan

Bank yeni açılan 1 il və üzəri AZN əmanətlərində indi 11.5% gəlir təklif edir. Kampaniya 30.04.2026 tarixinədək qüvvədədir.

Bank Avrasiya

Bank 30 aprel tarixinədək 0% komissiya ilə nağd kredit əldə edtmə imkanı yaradıb.

  • Məbləğ: 1 000 – 100 000 AZN;
  • Müddət: 60 ayadək;
  • İllik faiz dərəcəsi: 13%-dən başlayaraq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram