Banklarda unikal əmanətçilərin sayı 7%-dən çox artıb | Banco.az

Banklarda unikal əmanətçilərin sayı 7%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 may tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 14 milyard 547.9 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 10,1% və ya 1 milyard 337 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 9 milyard 135 milyon manatı (62.8%) müddətli, 5 milyard 412 milyon manatı isə tələbli depozitlər olub. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 13 milyard 210 milyon manat təşkil edib.

2025-ci ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3,599 yeni əmanətçi), ilin əvvəlindən isə 7.5% (11,337 nəfər) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram