Banklarda problemli kreditlər yenidən artıb - STATİSTİKA | Banco.az

Banklarda problemli kreditlər yenidən artıb - STATİSTİKA

Azərbaycanda vaxtı keçmiş kreditləri bu il aprelin 1-nə 1 590,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, martın 1-i ilə müqayisədə 2,2% çoxdur.

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 8%, son 1 ildə isə 19,9% artıb.

Martın sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,2% paya malik olub. Bu nisbət ötən ilin sonunda 9%, ötən il martın sonunda isə 6,7% təşkil edib. 

Mənbə: Report.az