4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnə elan etməyə başlayıb.
Banklarda dolların satış məzənnəsi 1,89 manata çatıb. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) orta çəkili məzənnəsindən 5,8%-ə yaxın yüksəkdir.
Hazırda 1 dolları “Unibank” 1,8900 manata, “Yapı Kredi Bank Azərbaycan” 1,8807 manata, “Kapital Bank” 1,8720 manata, “Bank Respublika” 1,8720 manata, “Bank of Baku” 1,8700-a, “Turanbank” 1,87 manata satır.
Qeyd edək ki, AMB İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunub.
Mənbə: Marja.az