Banklar depozit faizlərini niyə azaldıb? | Banco.az

Banklar depozit faizlərini niyə azaldıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banco.az-ın araşdırmasına görə, son 1 ildə bankların depozit faizlərində 0.5-2% arasında azalma baş verib. Bu dövrdə müddətli əmanətləri olan 21 bankın depozit faizlərində bir neçə dəfə dəyişiklik baş verib.

İqtisadçı Əkrəm Həsənov azalmanın səbəblərini saytımıza açıqlayıb.

İqtisadçının sözlərinə görə, səbəblər çoxdur, amma əsas səbəb ölkədə iqtisadi böhran, yəni iqtisadi aktivliyin azalmasıdır: "Prinsipcə, böhranı hökumət də etiraf edir. Artım yoxdur.

Banklar əmanətləri niyə qəbul edirlər? Kredit vermək üçün. Əgər banklar kredit verə bilmirlərsə, normal müştərilər yoxdursa və ya yüksək faizlə kredit götürmək istəyənlərin sayı azdırsa, əmanətləri niyə yüksək faizlə qəbul etsinlər? Bank əmanəti ona görə cəlb edir ki, həmin vəsaiti kredit kimi yerləşdirsin. Kredit götürən müştərilərin sayı azdırsa, yaxud yüksək faizlə kredit götürmək istəyənlər yoxdursa, bankların əmanət faizlərini artırmağa ehtiyacı qalmır. Bu, birinci səbəbdir".

Ə. Həsənov qeyd edib ki, ikinci səbəb isə təmərküzləşmənin güclənməsidir: "Bankların sayı azalmağa doğru gedir. Böyük banklar daha da böyüyür, kiçik banklar isə daha da kiçilir. Buna görə də bazarda diktəni böyük banklar etməyə başlayıb. Onlar üçün də əmanət faizlərinin aşağı olması daha sərfəlidir ki, daha çox gəlir əldə etsinlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram