Banklar 9 ayda əhaliyə 636 mln. manat depozit faizi ödəyiblər | Banco.az

Banklar 9 ayda əhaliyə 636 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 oktyabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 636.4 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 186.5 milyon manat (41.5%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-sentyabr aylarında banklar 449.9 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 848.3 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram