Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bank VTB Azərbaycan" 2025-ci ilin birinci rübündə 3 milyon 306 min manat xalis mənfəət əldə edib.
Banco.az maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti illik müqayisədə 1 milyon 104 min manat və ya 50,1% artıb.
Hesabata görə, 2025-ci ilin 31 mart tarixinə bankın aktivlərinin həcmi 348 milyon 541 min manat olub. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 31 milyon 443 min manat və ya 9,9% çoxdur.
Hesabat dövründə bankın kredit portfelinin həcmi 2024-cü ilin dekabr ayının sonu illə müqayisədə 0,3% artaraq 235 milyon 764 min manata çatıb. Bunun da 99 milyon 951 min manatını istehlak kreditləri, 76 milyon 210 min manatını biznes kreditləri, 59 milyon 604 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. Bankın depozit portfelində də artım qeydə alınıb. Belə ki, 31 mart 2025 tarixinə bankın depozit portfelinin həcmi 128 milyon 357 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 14 milyon 204 min manat və ya 12,4% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!