"Bank Technique" "Bank Standard"ın sabiq rəhbərini məhkəməyə verib | Banco.az

"Bank Technique" "Bank Standard"ın sabiq rəhbərini məhkəməyə verib

"Bank Technique" ASC "Bank Standard" QSC-nin İdarə Heyətinin sabiq sədri Səlim Krimanı məhkəməyə verib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bank S. Krimandan borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.

İşə oktyabrın 14-də hakim Əliyev Zaur Əli oğlunun sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq.

İnformasiyanı "Bank Technique" ASC-dən təsdiqləyiblər. Bildirilib ki, S. Kriman krediti fiziki şəxs qismində götürüb.