Bank sektorunun xalis mənfəəti 25% artıb | Banco.az

Bank sektorunun xalis mənfəəti 25% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı banklar 194,7 mln. manat xalis mənfəət əldə ediblər.

Azərbaycan Mərkəzi Bankına görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 24,7% çoxdur. Bank sektorunun əməliyyat mənfəəti isə 301,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 476,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram